May 12, 2018 15:31 Asia/Baku
  • Amerikada kənarlaşdırmalar serialı davam edir
    Amerikada kənarlaşdırmalar serialı davam edir

Amerikada kənarlaşdırmalar serialının davamında bu ölkənin dövlət departamentində baş ekseprtlərdən olan Riçard Conson Donald Trampın nüvə anlaşmasından çıxmasının ardınca istefa veribdir.

Conson ABŞ dövlət departamentində İranla nüvə anlaşmasının icrası üzrə koordinatorun müvəqqəti köməkçisi kimi fəaliyyət göstərirdi. O, Amerikanın nüvə anlaşmasında qalmasını istəyən İngiltərə, Fransa və Almaniya ilə müzakirədə rol oynayırdı.

Conson cari həftədə istefa verib və öz həmkarları ilə sağollaşma email-ində nüvə anlaşmasına işarə edərək, yazıbdır ki, İranla nüvə anlaşmasının icrası üzrə böyük nailiyyətdə kiçik bir rola malik olması ilə fəxr edir.

Trampın Ağ Evə getdiyi bir il iki ay ərzində dövlət rəsmilərindən bir çoxu ya istefa verib, ya da ki, kənarlaşdırılıbdır.

ABŞ prezidenti Donald Tramp avropalıların müxalifətlərinə rəğmən, mayın səkkizində bildirdi ki, ölkəsi nüvə anlaşmasından çıxmaqla bərabər, İrana və onunla ticarət tərəfi olan xarici şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəkdir.

Teqlər