May 18, 2018 11:08 Asia/Baku
  • Trampın qalmaqallı seçimi MKİ-nin rəisi oldu
    Trampın qalmaqallı seçimi MKİ-nin rəisi oldu

Amerika senatı dünən ABŞ prezidentinin Mərkəzi Kəşfiyyat İdarəsinin rəisliyinə təklif etdiyi seçim olan Cina Haspelin səlahiyyətini onun qara keçmişinə rəğmən, təsdiq edib.

Məlumata görə, səsvermədə yüz senatordan 54-ü onun lehinə, 45 senator isə əleyhinə səs verib. Respublikaçı senator Con Makkeyn xəstəlik səbəbindən səsvermədə iştirak etməyib.

Cina Haspelin səlahiyyətinin təsdiq olunması prosesi bir çox qalmaqalla müşayiət olunub. Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin bəzi amansız işgəncə üsullarında rol oynadığına görə, müxalifətlərlə üzləşibdir.

Haspel 2002-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Tailandda mövcud olan gizli bir məhbəsinin rəisi olub. Haspel bu məhbəsdə məhbusların istintaq edilməsi üçün "süni sudabatma" kimi amansız işgəncə üsullarından istifadə edibdir.

Teqlər