May 20, 2018 09:19 Asia/Baku
  • Rusiyada ilk üzən AES-in təqdimatı olub
    Rusiyada ilk üzən AES-in təqdimatı olub

Dünən Rusiyanın Murmansk limanında bu ölkənin istehsal etdiyi ilk üzən Atom Elektrik Stansiyasının təqdimatı mərasimi keçirilib.

Mərasimdə Rosatom şirkətinin üzən AES istehsalı üzrə rəsmisi Vitali Trutnev deyib: Bu kimi enerji istahsal edən üzən qurğular Rusiyanın uzaqlarda yerləşən ərazilərini istilik və elektrik ilə təmin edə və davamlı iqtisadi inkişafın amilinə çevrilə bilər. 

Rosatom şirkətinin rəhbəri Aleksi Lixaçov da müxbirlərə deyib ki, bu ilk üzən enerji qurğusudur və qarşıdakı illərdə bunun üçün sifarişlərin kəskin artacağı proqnoz edilir. 

Qeyd edək ki, üzən AES texnologiyası bir çox cənub şərq Asiya ölkələrinin o sıradan da Filippin və İndoneziyanın diqqətini özünə cəl edib.

Digər tərəfdən sahilyanı ölkələr də dəniz suyunu şirinləşdirmək üçün bu texnologiyadan faydalanmağa meyillidirlər.  

Teqlər