May 20, 2018 09:37 Asia/Baku
  • Avropa İranda investisiya qarşısındakı maneələri aradan qaldırır
    Avropa İranda investisiya qarşısındakı maneələri aradan qaldırır

Avropanın Enerji üzrə komissarı dünən gecə Tehranda İranın energetika naziri Rza Ərdəkanian ilə müştərək mətbuat konfransında deyib ki, Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasını nəzərə alaraq Avropa Komissiyası İransa investisiya qarşısında duran maneələri aradan qaldırmaq üçün bir komitə təşkil edib.

İRNA-nın verdiyi məlumata görə, Migel Arias Kanite ABŞ prezidenti Donald Trampın İrana qarşı nüvə sanksiyalarının bərpasına dair qərarına toxunaraq deyib: Avropa Birliyi bunun nəticəsində yarana biləcək problemləri aradan qaldırmağa çalışır. 

Avropanın enerji komissarı deyib: Avropa Komissiyasının heyətinin İrana səfərdə məqsədi mümkün qədər sanksiyaların təsirini aradan qaldırmaqdır. 

Migel Arias Kanite dünən səhər ƏMTP-nin taleyini və qarşılıqlı əlaqələri müzakirə etmək üçün İrana səfər edib. 

Bu iclasda İranın energetika naziri də deyib: AB-yə üzv ölkələrin rəhbərləri 16 mayda Sofiya iclasının sonunda yaydıqları bəyanatda bildirdilər ki, İrana qarşı öhdəliklərini yerinə yetirmək üçün bütün lazımı təşəbbüsləri həyata keçirəcəklər. İran da AEBA-nın təsdiq etdiyi kimi ƏMTP qarşısındakı bütün öhdəliklərini yerinə yetirmişdir. 

Teqlər