May 21, 2018 10:52 Asia/Baku
  • Əfqanıstanda savaş 100 mindən çox insanın didərgin düşməsinə səbəb olub
    Əfqanıstanda savaş 100 mindən çox insanın didərgin düşməsinə səbəb olub

Əfqanıstanın Mühacirlərlə İş üzrə Nazirliyi ötən 5 ayda terror hücumları və silahlı toqquşmalar nəticəsində 100 mindən çox insanın didərgin düşməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Əfqanıstanın Mühacirlərlə İş üzrə Nazirliyi bazar ertəsi günü bir məlumat yayaraq, Qunduz, Bəğəlan, Faryab, Sərpol, Nəngərhar, Helmənd və Fərah vilayətlərinin ən çox didərginə malik olan vilayətlər olduğunu bildirib. 

Bu məlumata görə, Əfqanıstanın daxilində olan yerli mühacirlərin sayı bu ölkə əhalisinin 2-3 faizini təşkil edir. 

Əfqanıstanın Mühacirlərlə İş üzrə Nazirliyi 2017-ci ildə savaş nəticəsində 600 min əfqanın öz evindən didərgin düşüdüyünü bildirib. 

Təqribən 40 il bundan öncə Əfqanıstanın Sovet İttifaqı tərəfindən işğal edilməsi və 2011-ci ildə də ABŞ-ın işğalına məruz qalması nəticəsində milyonlarla əfqan öz yaşayış yerini tərk etməyə məcbur olub. 

Teqlər