May 21, 2018 13:00 Asia/Baku
  • Venesuela seçkilərinin qalibi Madoro oldu
    Venesuela seçkilərinin qalibi Madoro oldu

Nikolas Madoro Venesuelada keçirilən prezident seçkilərində səslərin 68%-ni əldə edərək, daha 6 il üçün bu ölkənin prezidenti olaraq qalacaq.

Venesuelanın seçki komissiyası bildirib: Nikolas Madoro 5.8 milyon səs toplayaraq, ən yaxın rəqibi Henri Falkonu böyük fərqlə məğlub edib. Henri Falkon sadəcə 1.8 milyon səs toplaya bilib.

Venesuelada prezident seçkilərinin nəticələrinin elan edilməsinin ardınca Madoronun tərəfdarları paytaxt Karakasın yoxsul məntəqələrində şənlik ediblər.

Madoro bazar günü gecə prezident seçkilərində qələbə çaldıqdan sonra prezident sarayında tərəfdarları qarşısında çıxış edərək, seçkilərdə məğlub olan rəqiblərini ölkənin gələcəyi ilə bağlı danışıqlara dəvət edib.

Venesuela prezidenti deyib: İxtilafları sülh və milli hakimiyyətin qorunması yolu ilə həll etmək lazımdır.

Madoro həmçinin deyib: Gələcəyə ümidvaram və müxalifət liderlərini ölkənin problemlərini həll etmək üçün danışıqlara dəvət edirəm.

Venesuela ciddi iqtisadi böhrandan əziyyət çəkir. Prezident seçkilərinin nəticəsinin elan edilməsindən öncə müxalifətin seçkilərdəki namizədi Henri Falkon seçkilərin qeyri-legitim olduğunu elan edərək, seçkilərin yenidən keçirilməsini istəyib.

Madoro isə ölkənin gələcəyi və problemlərin həll edilməsi üçün Falkon ilə görüşüb, danışıqlar aparmağa hazır olduğunu deyib.

Madoro seçkilərdə səslərin təqribən 68%-ni özünə aid edərək, başlıca rəqibi Henri Falkonu məğlub edib.

Lara vilayətinin keçmiş valisi Henri Falkon isə 21.2 faiz səs toplaya bilib.