May 21, 2018 21:40 Asia/Baku
  • ABŞ dövlət katibinin İran əleyhinə boşboğazlığı
    ABŞ dövlət katibinin İran əleyhinə boşboğazlığı

ABŞ dövlət katibi İrana qarşı əsassız ittihamları təkrar edərək, bir daha Tehranı regionda gərginlik yaratmaqda ittiham edib.

Fars xəbər agnetliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi günü ABŞ-ın iranla bağlı yeni strategiyası mövzusunda baş tutan iclasda nüvə anlaşmasını qüsurlu adlandıraraq, Tehranı bu anlaşmada fırıldaqçılıqda ittiham edib. Pompeo İranın nüvə anlaşmasının iqtisadi mənfəətlərindən öz regional məqsədlərinə çatmaq üçün istifadə etdiyini iddia edib. 

Bir zamanlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi olan Mayk Pompeo daha sonra deyib: ABŞ nüvə anlaşmasından çıxdıqdan sonra, indi öz müttəfiqləri ilə birlikdə İranın Yaxın Şərqə yiyələnməsini önləyəcək. 

ABŞ dövlət katibi həmçinin, aşkar bir ittiham irəli sürərək, İranın hətta, Avropada belə terror aktları törətməyə çalışdığını iddia edib. 

Pompeo daha sonra ABŞ-ın İran xalqına olan dəstəyini davam etdirəcəyini deyib.

ABŞ dövlət katibi həmçinin, İranın uranın zənginləşdirilməsini dayandırmalı olduğunu da deyib. 

Pompeo ABŞ-ın Xəzinədarlıq Nazirliyinin İranla bağlı bütün nüvə sanksiyalarını bərpa edəcəyini də deyib.

ABŞ dövlət katibi sonda deyib: Əgər İran öz yolunu dəyişərsə, İran ilə yeni bir anlaşmanın əldə olunması imkanı mövcuddur. 

ABŞ nüvə anlaşmasından çıxması ilə beynəlxalq öhdəliklərə sadiq olmadığını sübut etdi. 

Teqlər