May 23, 2018 21:26 Asia/Baku
  • İsveçli avtomobilqayıran İrana 200 milyon avroluq həmkarlıq təklifi verib
    İsveçli avtomobilqayıran İrana 200 milyon avroluq həmkarlıq təklifi verib

İsveçin Volvo şirkətinin nümayəndələri İranın sənaye, mədən və ticarət nazirinin müavininə bəzi mədən avadanlıqlarının təmini üçün 200 milyon avroluq həmkarlıq təklifi veriblər.

"VOLVO Construction Equipment" şirkətinin Yaxın Şərq şöbəsinin bəzi müdirləri bu gün Tehranda İranın sənaye, mədən və ticarət nazirinin müavini Mehdi Kərbasiyan ilə görüşərək, İranın bəzi mədən avadanlıqlarının təmininə hazır olduqlarını bildiriblər.

İsveçli avtomobilqayıranın İrana 200 milyon avroluq həmkarlıq təklifi verməsi elə bir haldadır ki, ABŞ prezidentinin birtərəfli şəkildə nüvə anlaşmasından çıxmaq qərarından öncə Vaşinqton daima xarici şirkətlərin İranla həmkarlıqları və Tehranın nüvə anlaşmasının mənfəətlərindən bəhrələnməsi yolunda maneçilik törədibdir.

Tramp ölkəsinin nüvə anlaşmasından çıxmasından sonra İrana qarşı qanunsuz sanksiyalar tətbiq etmək ardıncadır.

İsveçin Volvo şirkəti dünyada ən böyük yolsalma və mədən təchizatları düzəldən bir şirkətdir.

"VOLVO Construction Equipment" şirkətinin Yaxın Şərq şöbəsi 2017-ci ildə 7 milyard 600 milyon dollarlıq satışa malik olub. Bu rəqəm 2016-cı ildə beş milyard 700 milyon dollar olubdur.

Teqlər