May 24, 2018 12:54 Asia/Baku
  • ABŞ Gürcüstanın NATO-ya üzvlüyünə çalışır

ABŞ Rusiya ilə qarşılaşmaq və regionda öz məqsədlərini əld etmək üçün Gürcüstanın NATO-ya üzv olmasına kömək edir.

RİA-Novostinin məlumatına görə, ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların Gürcüstanın Şimali Atlantik Alyansı NATO-ya qoşulmasına çalışdığını bildirib. 

Pompeo ABŞ Konqresinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə komitəsində Vaşinqtonun Gürcüstanın NATO-ya qoşulması istiqamətindəki addımlarını açıqlayıb. 

Gürcüstan baş naziri Georgi Kvirikaşvili bazar ertəsi günü xarici işlər, müdafiə, iqtisadiyyat və davamlı inkişaf nazirləri və başqa rəsmilərlə birlikdə Birləşmiş Ştatlara səfər etdi. 

Gürcüstan rəsmiləri Vaşinqtonda Gürcüstanın NATO standartlarına uyğunlaşmaq istiqamətində diqqəti cəlb edəcək inkişaflar əldə etdiyini bildirərək ümidvarlıq edib ki, Şimali Atlantik Alyansının iyul ayındakı iclasında bu nailiyyətlər diqqət mərkəzində duracaq. 

NATO-nun iclası 11 və 12 iyulda Brüsseldə keçiriləcək. 

ABŞ-ın Gücüstanın NATO-ya qoşulmasına çalışması ilə yanaşı qeyd edək ki, Moskva bu səylərə qarşıdır və NATO-nun şərqə doğru irəliləməsini Rusiya sərhədlərinin destabilliyinin səbəbkarı hesab edir. 

Teqlər