May 26, 2018 09:01 Asia/Baku
  • Makron: Fransa nüvə sazişinə sadiq qalmağı hakimiyyət hüququ hesab edir
    Makron: Fransa nüvə sazişinə sadiq qalmağı hakimiyyət hüququ hesab edir

Fransa prezidenti nüvə sazişinin icra olunmalı olduğunu bildirərək bu sazişə sadiq qalmağı fransızların seçimi və bu ölkənin hakimiyyət hüququnun müdafiəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron cümə günü Sankt-Peterburqda Beynəlxalq İqtisad Forumunun ümumi iclasında beynəlxalq sazişlərin icrasının vacibliyini vurğulayaraq deyib: Bir saziş imzalanırsa, bir ölkənin çıxması nəzərə alınmadan, həmin saziş qorunmalı və icra olunmalıdır. 

Fransa prezidenti ABŞ-ın sanksiyalar tətbiq etdiyi halda Fransanın böyük şirkətləri, o cümlədən Airbus və Totalın İranda iştirakı davam etdirməsi haqda deyib ki, sanksiyalar qarşısında şirkətləri müdafiə etmək üçün Avropa Komissiyasının tədbirlərini dəstəkləyir. 

Teqlər