May 26, 2018 09:02 Asia/Baku
  • Beynəlxalq Valyuta Fondu: Tramp İran və Rusiya haqda siyasətlərini dəyişməlidir
    Beynəlxalq Valyuta Fondu: Tramp İran və Rusiya haqda siyasətlərini dəyişməlidir

Beynəlxalq Valyuta Fondunun rəhbəri Tehran və Moskva qarşısında Vaşinqtonun qeyri-məntiqi strategiyasını tənqid edib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Kristin Laqard Sankt-Peterburq Beynəlxalq Forumunun sonunda bildirib: ABŞ prezidenti Donald Trampın İran və Rusiya haqda siyasətləri dəyişməlidir. 

ABŞ-da Donald Trampın iqtidara gəlməsi ilə, Vaşinqton İran İslam Respublikası və Rusiya əleyhinə düşmənçilik siyasətləri yürüdür. 

22-ci Sankt-Peterburq Beynəlxalq Forumu cümə axşamı və cümə günləri 140 ölkə, o cümlədən İran İslam Respublikası nümayəndələrinin iştirakı ilə keçirilib. 

Bu forumun yekun iclası ABŞ-ın siyasətləri və bu ölkənin nüvə sazişindən çıxmasını tənqid etmək üçün fürsətə çevrilib. 

Rusiya prezidenti Vladimir Putin forumda ABŞ-ın başqa ölkələrə qarşı birtərəfli siyasətlərini tənqid atəşinə tutub. 

Fransa prezidenti Emmanuel Makron da deyib: Avropa ölkələri öz hakimiyyət və qərarvermə hüququnu müdafiə etməlidir. 

Teqlər