May 26, 2018 14:24 Asia/Baku
  • Putin Britaniyanı tənqid etdi
    Putin Britaniyanı tənqid etdi

Rusiya prezidenti deyib: Moskva Britaniyanın bütün yanlışlıqları Rusiyaya aid etməsi məsələsini qəbul etmir.

The Guardian yazıb: Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumun kənarında Britaniya rəsmilərini dəhşətli yanlışlıqları Rusiyaya aid etmələrinə görə tənqid edib və bildirib: Moskva əleyhinə layiq olmayan ittihamlar irəli sürülüb.

Putin deyib: Bu ittihamlar Britaniyanın Avropa Birliyindən çıxmasından tutmuş, Sergey Skripalın zəhərlənməsi, Malayziyanın MH-17 sərnişin təyyarəsinin vurulması hadisəsinə qədər bütün məsələləri ehtiva edir.

Rusiya prezidenti bir daha Rusiya hakerlərinin Britaniyanın daxili məsələlərində müdaxiləsini rədd edərək bildirib: Belə hərəkətlər Rusiyanın siyasəti ilə ziddiyyətdədir.

Putin xatırladıb: Britaniya Rusiya ilə əlaqələrini daha da korlamaq istəyirsə, bütün dəhşətli yanlışlıqlarını Rusiyaya aid edə bilər. Hazırda Britaniya belə bir strategiyanı izləməkdədir.