May 26, 2018 16:33 Asia/Baku
  • Gallop: Tramp hökuməti minimum əxlaq göstəricilərinə malikdir
    Gallop: Tramp hökuməti minimum əxlaq göstəricilərinə malikdir

Gallop Araşdırmalar Müəssisəsinin son rəy sorğusuna əsasən, Tramp hökuməti etika standartları baxımından ABŞ-ın sabiq hökumətləri ilə müqayisədə daha az göstəriciyə malikdir.

Hill xəbər portalının məlumatına görə, cümə axşamı günü yayımlanan Gallop rəy sorğusunun nəticələrinə görə, amerikalıların 49%-i prezident Donald Tramp hökuməti üzvlərinin əxlaq prinsiplərinə riayət etməsi zəifdir və ya yaxşı deyil.

Ötən bir il ərzində Tramp hökumətinin yüksək səviyyəli üzvlərinin etik problemləri hökumətin funksiyasını naməlum vəziyyətlə üzləşdirib. Bunların arasında ABŞ Ətraf Mühit Təşkilatının sədri Skott Provetin əxlaq rüsvayçılığını misal göstərmək olar.

Təqaüdə çıxmış əsgərlərin məsələləri üzrə sabiq naziri David Şalkin də 2018-ci ildə dövlət vəsaitindən öz xeyrinə sui-istifadə etmək səbəbi ilə tutduğu vəzifədən kənarlaşdırılmışdı.

Tramp hökumətinin üzvlərindən daxili işlər naziri Rayan Zink və xəzinədarlıq naziri Stiven Mnuçin də öz şəxsi xərcləri üçün vergi ödəyənlərin büdcəsindən istifadə etdiyinə görə dəfələrlə tənqid olunub.

Teqlər