May 26, 2018 19:21 Asia/Baku
  • İki Koreya başçısının qəfil iclası
    İki Koreya başçısının qəfil iclası

Şimali Koreya və Cənubi Koreya liderləri iki ölkə arasında ixtilafları həll etmək üzrə ikincə dəfə bir araya gəlib və danışıqlar aparıblar.

Cənubi Koreyanın Yunhop xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın Prezident Aparatı sözçüsü bildirib: Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In şənbə günü Panmuncom sərhəd bölgəsində görüşərək 27 aprel bəyannaməsini icra etmək haqda öz fikirlərini bildiriblər.

İki Koreya lideri bu bəyannamədə müharibənin dayandırılması razılaşmasının sülh razılaşmasına çevrilməsi və bir-birlərinə qarşı hər hansı düşmənçiliyə son qoyulmasını vurğulayıb.

Sabah Cənubi Koreya prezidenti Şimali Koreya lideri ilə görüşünün nəticələrini elan edəcək.