May 26, 2018 19:51 Asia/Baku
  • Onlarla siyasi fəal 11 sentyabr məhkəməsində İranın xeyrinə şahidlik etməyə hazırdır
    Onlarla siyasi fəal 11 sentyabr məhkəməsində İranın xeyrinə şahidlik etməyə hazırdır

ABŞ-da onlarla universitet müəllimi və siyasi araşdırmaçı 2001-ci il 11 sentyabr hadisələrinə görə 6 milyard dollarlıq kompensasiyanın öndənməsi haqda ABŞ məhkəməsinin qərarına Tehranın etiraz etməsini istəyib və İranın xeyrinə şahidlik etməyə hazır olduqlarını bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-da universitet müəllimi, siyasi fəallar və araşdırmaçılar İranın Xarici İşlər və Ədliyyə Nazirliklərinə məktub ünvanlayaraq yazıblar: İslam Respublikası Məhkəmənin qərarına etiraz edərsə, məhkəmədə İranın xeyrinə şahidlik etməyə hazırdırlar.

Bu məktubda bu qərara etirazın 28 maya qədər həyata keçirilməli olduğu bildirilib və əlavə olunub: 11 sentyabr hadisəsində təyyarələri oğurlayan 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub və onların arasında heç bir iranlı olmayıb.

ABŞ-da bir məhkəmə 1 may 2018 tarixində qiyabi qərarda və heç bir fakt təqdim etmədən İranı 2001-ci ildə Nyu-Yorkda Dünya Ticarət Qüllələrinə hücum hadisəsində həlak olanların ailələrinə 6 milyard dollar kompensasiya ödəməyə məhkum edib.

Teqlər