May 26, 2018 20:50 Asia/Baku
  • Sankt-Peterburq İqtisadi Forumunda ABŞ-ın sazişlərdən çıxmaq hərəkətləri pislənilib
    Sankt-Peterburq İqtisadi Forumunda ABŞ-ın sazişlərdən çıxmaq hərəkətləri pislənilib

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisad Forumunda qərb, əsasən də ABŞ-ın sazişlərdən çıxması qınaq obyektinə çevrilib.

Rusiya və ABŞ-ın iqtisadi və siyasi münasibətləri tam şəkildə iki supergücün sanksiyalar savaşının təsiri altına düşmüşdür. Belə bir halda bu il Sankt-Peterburq Beynəlxalq İqtisad Forumu keçirildi. Fransa prezidenti Makronun da Sankt-Peterburq forumundakı iştirakı da Rusiya və Qərb arasında siyasi və iqtisadi gərginlikləri azacıqda olsa, azalda bilmədi.

Rusiya prezidenti Vladimir Putin deyib: Güclü hüquqi strukturlara malik beynəlxalq sazişlərdən birtərəfli qaydada çıxmaq və oxşar hərəkətlər dünyanı bəşəriyyətin indiyə qədər görmədiyi iqtisadi böhrana sürükləyir.

Bu forum çərçivəsində beş qitədən ölkələrin ticarət nümayəndələri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. Və Rusiya və digər ölkələr arasında önəmli müqavilə və memorandumlar imzalanıb.

İranın nümayəndəsi deyib: İranın Yerşünaslıq və Mədən Kəşfləri üzrə Təşkilatı ilə  Rosio Dövlət Şirkəti arasında iki əməkdaşlıq sənədi imzalandı. Bu sənəddə yeni metodlarla kəşflər, geo-fizika metodu, Cənubi Kaspian yerşünaslığı nəzərdə tutulub. İran və Rusiya arasında 6 əməkdaşlıq sənədinin imzalanması qərara alınıb. Bu sənədlər artıq hazırlanmışdır.

Sankt-Peterburq İqtisad Forumunda 15 min nəfər, 1500-dən çox Rusiya və xarici ölkələrin şirkətləri iştirak edib. Bu forumun şüarı İqtisad Uğrunda Etimadın yaradılması idi.

Sankt-Peterburq Beynəlxalq İqtisad Forumu ötən bir dekadada işçi qrupları nümayəndələrinin görüş və danışıqlar, eləcə də dünyanın önəmli iqtisadi məsələləri haqda fikir mübadiləsi aparmaq üçün önəmli struktura çevrilmişdir. Rusiya və inkişaf etməkdə olan digər iqtisadiyyatlar böyük fürsət əldə etmişlər.

 

Teqlər