May 27, 2018 08:50 Asia/Baku
  • Ermənistan Metsamur AES-nin fəaliyyətini müvəqqəti olaraq dayandırır

Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının fəaliyyəti, təmir işləri ilə əlaqədar cari ilin iyun ayının əvvəlindən dayandırılacaq.

İranın Teleradio Təşkilatının "Erməni radiosu"nun yaydığı məlumata görə, Ermənistanın energetika infrasturkturları naziri Metsamur AES-də təmir işlərinin həyata keçiriləcəyindən xəbər verərək, daha 10 il üçün bu AES-dən istifadə etmək üçün belə bir təşəbbüsün həyata keçirildiyini bildirib. 

Ermənistanın energetika infrastrukturları naziri bu AES-in fəaliyyətinin birdəfəlik olaraq dayandırılması barədə yayılan xəbərləri şayiə adlandırıb və AES-in fəaliyyətində hansısa nöqsanın olmadığını deyib.