May 27, 2018 17:13 Asia/Baku
  • ABŞ xalqı Trampın anti-İran rəftarlarına qarşıdır

Ən son rəy sorğularına əsasən Amerikalıların təqribən yarısı ABŞ prezidenti Donald Trampın anti-İran mövqeyinə qarşıdır.

İRİB-nin verdiyi məlumata görə, Foks Nyus kanalının ABŞ prezidenti Doanld Trampın anti-İran siyasətləri barədə amerikalılar arasında apardığı rəy sorğusuna əsasən respondentlərin 48%-i Trampın İranla bağlı siyasətlərini qeyri-münasib dəyərləndirib. 

Bu rəy sorğusuna əsasən respondentlərin 34%-i Trampın İranla bağlı siyasətlərini münasib hesab edib. 18% isə bu xüsusda fikir bildirməyib.

Bu rəy sorğusu 26 aprel 2018-ci il tarixində telefon müsahibəsi yolu ilə aparılıb. 

ABŞ prezidenti Donald Trampı 8 may 2018-ci il tarixində İrana qarşı yersiz ittihamlar səsləndirərək, Vaşinqtonun İran ilə nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının 3-6 ay ərzində bərpa olunacağını bildirdi. 

Teqlər