May 29, 2018 08:40 Asia/Baku
  • Fransada dəmir yolu işçilərinin tətil aksiyaları davam edir
    Fransada dəmir yolu işçilərinin tətil aksiyaları davam edir

Fransada dəmir yolu işçiləri prezident Emanuel Makronun siyasətlərinə etiraz olaraq, yenidən tətil aksiyasına başlayıblar.

"Lokal" informasiya portalının verdiyi məlumata görə, Fransada dəmir yolu işçilərinin tətil aksiyasının davam etməsi ölkə səviyyəsində bir çox səfərlərin ləğv edilməsinə səbəb olub. 

Fransanın Milli Dəmir Yolu Şirkəti işçilərinin tətil aksiyası sərnişinlərin daşınmasında çətinliklərin yaranmasına səbəb olub. 

Bu tətil aksiyaları Fransanın TCV adlı sürətli qatarlarına aid edilməyib. 

Hazırda Fransanın Milli Dəmir Yolu Şirkətinin işçiləri həftənin 5 iş günündən ikisini tətil aksiyasına sərf edirlər. 

Fəhlə sindikatları və solçu partiyalar bu etirazların əsas təşkilatçılarıdırlar. 

Bu dəfə tətil aksiyalarının iyun ayının sonuna kimi davam etməsi planlaşdırılır. 

Teqlər