May 30, 2018 12:53 Asia/Baku
  • Tərk silah konfransı; Suriyanın sədrliyi ilə
    Tərk silah konfransı; Suriyanın sədrliyi ilə

Amerikanın qarşı çıxmasına rəğmən Cenevrədə keçirilən kütləvi qırğın və nüvə silahlarının tərk edilməsi üzrə 65-ci iclas Suryanın sədrliyi ilə keçirilib.

Suriya BMT-nin tərksilah üzrə konfransının müvəqqəti sədrliyini bazar ertəsi günündən öz üzərinə götürdü. Bu konfrans dünyada tərksilah və kimyəvi silahlarla mübarizə məsuliyyətinə malikdir. Bu konfransın sədrliyi ölkələrin adlarının ilk hərfi əsasında onlara verilir və Suriya İsveçrədən sonra bu məsuliyyəti öz üzərinə götürüb. 

Konfrans iştirakçıları bildiriblər ki, heç bir ölkə Suriyanı konfransa sədrlik hüququndan məhrum edə bilməz. 

ABŞ və sionist rejimin maneəçiliklərinə rəğmən Suriya bir ay müddətində tərksilah konfransına rəhbərlik edəcək. 

Suriyanın Cenevrədəki daimi nümayəndəsi Hisaməddin Ala  deyib: Amerika və onun müttəfiqləri Suriyanın sədrliyinə mane ola bilməzlər ona görə ki, bu konfransa üzvlük ölkələr arasında bərabərlik prinsipinə sövkənir. Amma onlar siyasi qalmaqal yaratmağa cəhd edirlər . Biz tam məsuliyyətlə və konfransa rəhbərlik vəzifəsinin tələbləri çərçivəsində hərəkət edəcəyik və konfransın nüvə silahları və kütləvi qırğın silahlarından doğan məsələlərdən ibarət gündəminin icrasına səy göstərəcəyik. 

Bu hadisədən sonra ABŞ-ın BMT-dəki nümayəndəsi Robert Vud deyib ki, ölkəsi Suriyanın konfransa sədirliyinə etiraz olaraq bu konfransdan çıxacaq. Amerikanın qəzəbinin əsas səbəbi Suriyanın bir daha beynəlxalq ictimaiyyətə qayıtmasıdır. Son həftələrdə Amerika və sionist rejim Konfransın sədrliyinin Suriyaya verilməməsi üçün böyük cəhdlər etdilər. Suriya 1996-cı ildən BMT-nin tərksilah konfransına qoşulub və o zamandan bəri 3 dəfə bu könfransın sədri seçilib. 

Teqlər