May 31, 2018 12:38 Asia/Baku
  • Yunanıstanda hökumət əleyhinə aksiya qarşıdurmaya səbəb olub

Yunanıstanda hökumətin iqtisadi siyasətlərinə etiraz aksiyası qarşıdurmaya çevrilib.

İRNA-nın məlumatına görə, narazı vətəndaşlar çərşənbə günündən başlayaraq, 24 saat üçün tətil aksiyası keçirmiş daha sonra isə, axşam paytaxt Afinanın mərkəzi meydanlarında mitinq keçirməyə çalışıblar. Afina ilə yanaşı digər iri şəhərlərdə də oxşar etiraz aksiyaları keçirilib. 

Aksiya iştirakçıları daha sonra Parlament binasına doğru yürüş edərək, Avropa Birliyinin istəyi və sifarişləri əsasında hərəkət edən solçu hökumətin iqtisadi siyasətlərinə qarşı mübarizəni davam etdirəcəklərini bildiriblər. 

Aksiya iştirakçıları daha sonra Parlament binasına daxilolmağa çalışıblar. Bu da polis və təhlükəsizlik qüvvələrinin onlara qarşı güc tətbiq etməsinə səbəb oub. Nəticədə iki tərəf arasında toqquşma baş verib. 

Yunanıstan mediasının verdiyi məlumata görə, paytaxt Afina ilə yanaşı digər iri şəhərlərdə də etiraz aksiyaları keçirilib. 

Yunanıstanın ümumi nəqliyyat vasitələri işçiləri sindikatları birliy də bildirib: Bu gün cümə axşamı bütün ümumi nəqliyyat vasitələrinin ölkə boyunca tətil aksiyasına qoşulacağını bildirib. 

Teqlər