May 31, 2018 19:17 Asia/Baku
  • Trampın qərarı Avropanı narazı edir

ABŞ prezidentinin Avropadan polad və Alüminium idxalatına tarif tətbiq edilməsi barədə qərarının sabahdan icra olunacağını nəzərə alaraq Tramp tərəfindən Avropanın istisna olunacağına ümidlər artıq məhv olub.

Frans Press-in verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel bildirib ki, Amerikanın Avropadan polad və Alüminiuma tariflər reallaşarsa Avropa buna cavab verməkdə qərarlıdır.

Eyni zamanda Avropa İqtisadi Komissiyasının sədri Sisilia Malstrum da deyib: ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalatına tarif tətbiqindən Avropanı istisna edəcəyinə kimsə ümid etmir.

ABŞ prezidenti martın 8-də polad idxalatına 25, Alüminum idxalatına isə 10 faiz tarif tətbiq etdiyini bildirdi və mayın birində Avropanı bir ay müddətində bu qərardan istisna etdiyini dedi.

Sabah Trampın bir aylıq möhləti sona çatır və pola və alüminiuma tariflərin tətbiqinə başlanılacaq.

Teqlər