İyun 01, 2018 17:55 Asia/Baku
  • İŞİD terror qrupu Pakistan üçün ən böyük təhlükədir
    İŞİD terror qrupu Pakistan üçün ən böyük təhlükədir

Pakistanın kəşfiyyat və təhlükəsizlik təşkilatı-ISI bir hesabatda İŞİD terror qrupunu bu ölkənin qarşısında ən böyük təhlükə adlandırıb.

Pakistan kəşfiyyat və təhlükəsizlik təşkilatının hesabatında deyilir: İŞİD terror qrupu Pakistandakı gələcək əmin-amansızlıqlarda daha çox rol oynayacaqdır.

Pakistan kəşfiyyat və təhlükəsizlik təşkilatı bu hesabatda bildirib ki, həmin ölkədəki elm və ali təhsil mərkəzlərinə qarşı terror hücumları artmaqdadır və bu məsələ bu ölkədə xalqı, rəsmiləri, eləcə də siyasi və dini şəxsiyyətləri nigaran edibdir.

Pakistan son 18 ildə terrorizmlə mübarizədə 120 milyard dollardan çox xəsarət alıbdır ki, onun ən yüksək miqdarı 2010-cu ildə olub və həmin ildə Pakistana dəymiş xəsarətin rəqəmi 20 milyard dollardan çox olubdur.

Hazırda Pakistanın ordu və təhlükəsizlik qüvvələri Sepahe Səhabə, Ləşkəre Chanqvi və Cəmaət Ələhrar kimi terror qrupları ilə müharibə vəziyyətindədirlər.

Teqlər