İyun 03, 2018 17:37 Asia/Baku
  • Avstriya: Rusiya əleyhinə sanksiyalar ləğv edilsin

ABŞ prezidenti Donald Trampın Avropa ölkələrindən idxal edilən polad və alüminium üçün gömrük rüsumlarını artırmasına cavab olaraq, Avstriya kanslerinin müavini Avropa Birliyindən Rusiya əleyhinə sanksiyaları ləğv etməsini istəyib.

Sputnik-in verdiyi məlumata görə, Avstriya kansleri Hans Kristin Ştraxe deyib: Avropa Birliyi Rusiya ilə bağlı siyasətlərinə düzəliş etməlidir. Çünki, bu sanksiyalar hər kəsdən daha çox Avstriya iqtisadiyyatına zərbə vurub.

Avstriya kansleri həmçinin deyib: Avropa Birliyi ABŞ-ın yeni taariflərinə reaksiya verməlidir. Çünki, bu taariflər insaflı ticarətin davam etməsinə icazə verməyəcək. 

ABŞ prezidenti Donald Tramp cümə günü Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və alüminium üçün gömrük rüsumlarını artırıb. Yeni taariflərə əsasən polad üçün 25%, alüminium üçün isə 10%-lik gömrük rüsumu təyin edilib. 

Avropa Birliyi, Kanada və Meksika Trampın bu hərəkətinə etiraz ediblər. 

Teqlər