İyun 04, 2018 17:36 Asia/Baku
  • 
ABŞ-da atışma nəticəsində 16 nəfər ölüb
    ABŞ-da atışma nəticəsində 16 nəfər ölüb

Amerikada odlu silahla atəş nəticəsində bu gün 16 nəfər ölüb.

ABŞ-da silahlı insident üzrə statistik mərkəz bu gün bildirib ki, son 24 saat ərzində ölkənin müxtəlif ştatlarında 58 atışma halı qeydə alınıb və bu atışmalarda 16 nəfər ölüb və 46 nəfər yaralanıb. 

Bu məlumata görə, atışmalar daha çox Texas, Corciya, İllinoys və Nevada ştatlarında qeydə alınıb. 

ABŞ-da silahlı zorakılıq halları üzrə statistik mərkəz bildirib ki, son 48 saat ərzində isə müxtəlif ştatlardan cəmi 160 atışma halı barədə məlumat daxil olub və bu hadisələrdə 48 nəfər ölüb və 126 nəfər yaralanıb. 

Hər il ABŞ-ın müxtəlif bölgələrində odlu silahla atışma nəticəsində minlərlə insan həlak olur və yaralanır. 

Teqlər