İyun 05, 2018 08:51 Asia/Baku
  •  ilə Britaniya baş nazirinin telefon söhbəti; Tramp İranla yeni razılaşmanı istəyib
    ilə Britaniya baş nazirinin telefon söhbəti; Tramp İranla yeni razılaşmanı istəyib

Ağ Ev bazar ertəsi günü bir bəyanatda ABŞ prezidenti Donald Trampın Britaniya baş naziri ilə İran haqda telefon söhbətindən xəbər verib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Tramp bu telefon söhbətində İranla hərtərəfli razılaşmanın olmasını istəyib. Onun iddiasına görə, bu razılaşma İranın regiondakı destabilləşdirici davranışlarını ehtiva etməlidir. 

Tramp 8 mayda İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun nüvə sazişindən çıxdığını və nüvə sanksiyalarının 3-6 ay ərzində yenidən qüvvəyə mindiyini bildirib. 

Trampın bu hərəkəti irimiqyaslı şəkildə yerli və beynəlxalq etirazlara səbəb olub. 

ABŞ prezidenti bundan öncə də etdiyi açıqlamada İranı regiondakı destabilliklərin əksəriyyətində suçlayıb və iddia edib ki, İran İslam Respublikası terrorçuları dəstəkləyir. 

İran regionda amerikalı-sionist mehvərin məkrli planları qarşısında əsaslı rola malikdir. 

Teqlər