İyun 09, 2018 13:57 Asia/Baku
  • Gürcüstanda
    Gürcüstanda "Qüds Günü"nə özəl aksiya keçirilib

Gürcüstan azərbaycanlıları da Qüds Gününə özəl mərasim keçirərək, ABŞ, İsrail rejimi və digər imperialist qüvvələrin düşmənçiliklərinə öz etirazlarını bəyan ediblər.

İRİB-nin Bakıdan verdiyi məlumata görə. aksiya iştirakçıları əllərində üzərinə Gürcü, İngilis və Azərbaycan dillərində ABŞ, İsrail və Ərəbistan əleyhinə şüarlar yazılmış plakatlar daşıyıblar.

Aksiya iştirakçılarının daşıdıqları plakatların üzərində həmçinin, "ABŞ, İsrail və Ərəbistan rejimləri cinayətləri durdurun, Siz uşaq qatilisiniz, Qüds bizimdir və bizim qalacaq, Qüds azadlıqsevər insanların vəhdət rəmzidir" şüarları olub.

Aksiya iştirakçıları həmçinin, əllərində İmam Xomeyni(rə)-in fotoşəkilini daşıyıblar.

Teqlər