İyun 10, 2018 14:01 Asia/Baku
  • Avropa ölkələrində Ümumdünya Qüds Günü aksiyaları davam edir
    Avropa ölkələrində Ümumdünya Qüds Günü aksiyaları davam edir

Dünyanın müxtəlif ölkələrində Ümumdünya Qüds Günü və beynəlxalq ədalətsevərlik aksiyaları davam etməkdədir.

Bəzi Avropa ölkələrində Qüds gününün şənbə və bazar günləri keçirilməsinə görə, müsəlmanlar və avropalı azadlıqsevərlər Ümumdünya Qüds Günü aksiyalarında iştirak edərək, sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinə və ekspansiznizminə dağıdıcı cavab veriblər və dünyaya elan etdilər ki, müsəlmanlar Beytulmuqəddəsi və Fələstini unutmayacaqlar.

Almaniya əhalisi Fələstin xalqına dəstək istiqamətində Berlində aksiya keçirib. Onların bu hərəkəti sionist qrup və mediaların mənfi reaksiyaları ilə üzləşib.

Hollandiya vətəndaşları da Haaqada yerləşən bu ölkənin parlamenti qarşısında, həmçinin Amsterdam şəhərində Fələstin bayrağını daşıyaraq, Amerika ilə sionist rejimi pisləyən şüarlar veriblər.

Həmçinin bir qrup Roma vətəndaşı müsəlman və xristian mütəfəkkirlərin iştirakı ilə keçirilən konfransda sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini pisləyərək, dünya ictimaiyyətinin Fələstin məsələsinin həllinə səy göstərməsini istəyibdir.

Sloveniya əhalisi də Ümumdünya Qüds Günündə Qüdsi-Şərifin sionist rejimin caynağından azad edilməsi və müqəddəs Fələstin amalı ilə həmrəylik edibdir.

Teqlər