İyun 11, 2018 10:25 Asia/Baku
  • Bir ədəd ABŞ təyyarəsi Yaponiya sularına düşüb
    Bir ədəd ABŞ təyyarəsi Yaponiya sularına düşüb

ABŞ ordusunun bir ədəd F-15 hərbi təyyarəsi, bu gün səhər Yaponiyanın Okinava adasının sularına düşüb.

Yaponiya mediyaları bildiriblər ki, hərbi təyyarənin iki pilotu hadisədən salamat qurtarıb. 

Hadisənin səbəbi barədə hələ məlumat yayılmayıb. 

Amerikanın bu ölkədən kənarda yerləşən ən iri hərbi bazası Okinava adasında yerləşir. 

Yaponiyanın Okinava adasında hal-hazırda 40 min amerikan hərbçi fəaliyyət göstərir. 

Okinava sakinləri dəfələrlə etiraz aksiyaları keçirərək amerikan hərbçilərin adanı tərk etmələrini istəyiblər. 

Rəy sorğularının nəticələrinə görə Okinava sakinlərinin 70 faizi Amerika hərbçilərinin bu adadakı fəaliyyətinin əleyhinədir. 

Teqlər