İyun 14, 2018 10:49 Asia/Baku
  • Taliban Əfqanıstanın Bədəxşan vilayətinə hücum edib

Əfqanıstanın şimalında yerləşən Bədəxşan vilayətinin şura sədri dünən gecə Taliban ünsürlərinin bu ölkənin təhlükəsizlik qüvvələrinin həmin vilayətdə yerləşən bir neçə yoxlama-buraxılış məntəqəsinə hücum etmələrindən xəbər verib.

Abdullah Naci Nəzəri qeyd edib ki, bu hücumlarda azı 20 əfqan hərbçi öldürülüb.

Bədəxşan vilayətinin şura sədri həmçinin deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri on talibi öldürə biliblər.

Taliban hələ bu barədə fikir bildirməyibdir.

Teqlər