İyun 16, 2018 13:40 Asia/Baku
  • Nüvə anlaşmasının qorunmasının yeganə yolu, dialoq və əməkdaşlıqdır
    Nüvə anlaşmasının qorunmasının yeganə yolu, dialoq və əməkdaşlıqdır

Çin xarici işlər naziri: Sanksiyalar deyil, dialoq və əməkdaşlıq İranla nüvə anlaşmasının qorunmasının əsas amilləridirlər.

Çin xarici işlər naziri "Van İ" deyib: İranla nüvə anlaşması çətin çoxtərəfli bir nailiyyətdir və prinsiplər, dialoq və həmkarlıq əsasında qorunub saxlanılmalıdır. 

"Van İ" bu sözləri Pekində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında söyləyib. O, əlavə edib: İranla nüvə anlaşması Yaxın Şərqdə sülh və sabitliyin gücləndirilməsində təsirli rol oynayıbdır. 

Çin xarici işlər naziri vurğulayıb: Bu beynəlxalq anlaşmanı və bütövlüyü pozmaq üçün heç bir dəlil yoxdur. 

"Van İ" deyib: Pekin daim İranla şəffaf həmkarlığa malik olub. O, ümid etdiyini bildirib ki, bu səmərəli həmkarlıq heç bir xələl olmadan davam edəcək.

Teqlər