İyun 16, 2018 20:01 Asia/Baku
  • Hafinqton Post: Tramp bir diktator olmaq arzusundadır
    Hafinqton Post: Tramp bir diktator olmaq arzusundadır

Bir amerikan qəzet bu ölkə prezidentinin qüdrətpərəst siyasətlərinə toxunaraq, yazıb ki, o, bir diktator olmaq istəyir.

Hafinqton Post qəzetinin saytı "Donald Tramp doğrudan da bir diktator olmaq istəyir" adlı reportajda yazıb: Tramp hər şeydən çox qüdrətə maraq göstərir və o, bir şəxsə nalayiq söz demək istəyərkən onu zəif və ya azenerjili, yaxud yuxulu adlandırır.

Tramp dünən Şimali Koreyanın rəhbəri Kim Çen Inı təsvir edərkən demişdi ki, o, bir ölkənin prezidenti və güclü bir adamdır. Söz danışarkən hamı tam şəkildə onun sözlərinə diqqət yetirir. Mən istəyirəm ki, mənim xalqım da mənim sözlərimə diqqət yetirsin.

Əlbəttə, Tramp sonra deyibdir ki, bu barədə zarafat edibdir, lakin qəti şəkildə ilk dəfə deyildir ki, o, bu cür danışır.

Qəzet əlavə edib: Tramp dövlət orqanlarını onun şəxsi düşmənlərini təqib etməyə vadar edən bir kəsdir. O, 2017-ci ildə demişdi ki, nə üçün ədliyyə nazirliyi Hillari Klintonu həbs etmir?

Hafinqton Post daha sonra yazıb: Tramp ona təmtəraqlı sözlər deməyən siyasətçiləri xəyanətdə ittiham edir. O, çıxışı zamanı onu alqışlamayan konqresin demokrat qanunvericilərini tənqid edərək, onları qeyri-amerikalı adlandırıb və deyibdir ki, onlar həqiqətən öz ölkələrini sevənlərə oxşamırlar.

Teqlər