İyun 16, 2018 20:03 Asia/Baku
  • Renault şirkəti: ABŞ-ın sanksiyalarına rəğmən, İranda qalacağıq
    Renault şirkəti: ABŞ-ın sanksiyalarına rəğmən, İranda qalacağıq

Fransanın Renault şirkətinin baş direktoru cümə günü bildirib ki, bu şirkət Amerikanın İrana qarşı sanksiyalarının geri dönməsinə rəğmən, İran İslam Respublikasındakı fəaliyyətini davam etdirəcək.

Karlos Gosn Renault şirkəti aksionerlərinin illik yığıncağında bildirib ki, bu şirkət hətta öz fəaliyyətlərini azaltmağa məcbur olmuş olsa belə, İranı tərk etməyəcəkdir.

Fransanın Renault şirkəti və İranın Sənayenin Genişləndirilməsi və Modernləşdirilməsi Təşkilatı- İDRO Qrup 2017-ci ildə 780 milyon dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalayıblar.

İran Fransa və Braziliyadan sonra Renault məhsullarının dünyadakı üçüncü iri satış bazarıdır.

Teqlər