İyun 16, 2018 21:33 Asia/Baku
  • İspaniya Aralıq dənizində 900-dən çox mühaciri xilas edib
    İspaniya Aralıq dənizində 900-dən çox mühaciri xilas edib

İspaniyanın sahil qvardiyası bildirib ki, ötən iki gün ərzində Aralıq dənizində 900-dən çox mühaciri xilas edibdir.

İspaniyanın sahil qvardiyası 933 mühaciri xilas və dörd cəsədi də aşkar edibdir.

Qayıqla Avropaya tərəf hərəkət edən mühacirlərin sayı ötən ildən bəri ikiqat artıb və Avropa Birliyinin bir sərhəd agentliyinin tapıntılarına görə, 2018-ci ilin qarşıdakı aylarında bu miqdar artacaqdır.

Almaniya daxili işlər nazirliyi də bildiribdir ki, bu ölkə 2018-ci ilin ilk beş ayında təqribən 78 min mühacirlik ərizəsi alıbdır.

Almaniya kansleri Angela Merkel də Emmanuel Makron ilə çərşənbə axşamı günü keçiriləcək görüşü ərəfəsində mühacirlər məsələsini Avropanın əsas problemlərindən biri adlandırıbdır ki, barəsində tədbirlər düşünülməlidir.

Teqlər