İyun 17, 2018 09:47 Asia/Baku
  • Moskvada taksi piyadalara çırpılıb

Bu günlər futbol üzrə Dünya Çempionatına ev sahibliyi edən Rusiya paytaxtı Moskvada bir taksi piyadaların üzərinə sürülüb və azı 8 nəfəri yaralayıb.

Sky Newsun məlumatına görə, hadisə Moskvanın mərkəzində Qostini Dor satış mərkəzi yaxınlığında baş verib. 

Məlumata görə, avtomobil sürücüsü Qırğızıstan vətəndaşıdır. Moskva polisi həmin şəxsin saxlanıldığını bildirib. 

Moskva polisi bildirib: Ehtimal üzrə hadisə avtomobilin nəzarətdən çıxması nəticəsində baş verib. 

Hadisə yaralıları arasında Meksika vətəndaşları da var. 

Rusiya ötən cümə axşamı günündən 15 iyula qədər davam edəcək Futbol üzrə 2018 Dünya Çempionatına ev sahibliyi edir. 

Teqlər