İyun 18, 2018 08:31 Asia/Baku
  • Mühacirləri daşıyan
    Mühacirləri daşıyan "Akvarius" gəmisinin macərası başa çatıb

Mühacirləri daşıyan "Akvarius" gəmisinin macərası 9 gün Aralıq dənizində sərgərdan dolandıqdan və İtaliya, Fransa və Malta arasında diplomatik böhran yarandıqdan sonra nəhayət başa çatıb.

Bir qeyri-hökumət təşkilatına aid olan bu gəmi dünən İspaniyanın Valensiya limanına yan alıb.

Bu gəmidən düşən ilk mühacirlər 60 başsız uşaq olub. Onlar dərhal uşaq fondu tərəfindən nəzarətə götürülüblər.

"Akvarius" gəmisi böhranı İtaliyanın yeni hökumətinin qanunsuz mühacirlərə qarşı mövqe tutaraq, 629 mühaciri daşıyan gəminin bu ölkəyə daxil olmasını əngəlləməsindən sonra başlandı.

İllər boyu Aralıq dənizində mühacirlərə yardım və onların həyatlarını xilas etməklə məşğul olan İtaliya hazırda yeni hökumətin hakimiyyətə gəlməsi ilə bu ölkəyə qanunsuz mühacirətlər fenomeninə qarşı mövqe tutub. Hətta iş o yerə gəlib çatıbdır ki, öz limanlarını mühacirləri daşıyan gəmilərin üzünə bağlayıbdır.

İtaliya baş nazirinin müavini və bu ölkənin daxili işlər naziri Matteo Salvini ötən həftə limanların "Akvarius" gəmisinin üzünə bağlanması barədə göstəriş verdi. Bu da İtaliya ilə Malta arasında misli görünməmiş diplomatik bir qarşıdurmaya gətirib çıxardı.

2014-cü ildən bəri bir milyon 800 mindən çox mühacir Avropaya daxil olub və 170 mindən çox mühacir İtaliyaya üz tutubdur. Hesablamalara görə, İtaliyada qeydə alınmamış 500 min mühacir yaşayır.

Teqlər