İyun 18, 2018 19:18 Asia/Baku
  • Cənub-Şərqi Asiyada maliyyə fondu yaradılır
    Cənub-Şərqi Asiyada maliyyə fondu yaradılır

Tailandın baş naziri Çin iqtisadiyyatından asılılıq ilə mübarizə üçün Cənub-Şərqi Asiyada maliyyə fondunun yaradılmasından xəbər verib.

Tailandın baş naziri Prayut Çan-Oça Banqkokda keçirilən "Cənub-Şərqi Asiyada strateji iqtisadi həmkarlıqlar" iclasının kənarında deyib: Cənub-Şərqi Asiyanın beş ölkəsi, yəni Tailand, Laos, Kamboca, Myanma və Vyetnam bu bölgədə infrastruktur layihələrin genişləndirilməsi üçün yeni maliyyə fondu təsis edərək, Çin kimi Asiya nəhənglərinin iqtisadiyyatlarından asılılıq ilə mübarizə aparacaqlar.

Bu fond cari milad ilində təsis olunacaq və 2019-cu ildən özünün Cənub-Şərqi Asiyadakı maliyyə addımlarını atmağa başlayacaqdır.

Tailandın baş naziri əlavə edib ki, bu ölkələr həmin fondun fəaliyyətinin başlanması üçün lazımi və ardıcıl maliyyə mənbələrini cəzb etmək niyyətindədirlər.

Buna görə, bu müştərək maliyyə fondunun Cənub-Şərqi Asiyanın həmin beş ölkəsi tərəfindən yaradılması mesajı onların hərtərəfli inkişafı üçün bir maneə ola biləcək asılılıq hasarından çıxmaq deməkdir.

Teqlər