İyun 20, 2018 15:51 Asia/Baku
  • Muharibə dövründə cinsi zorakılıqın məhv edilməsi vurğulanıb
    Muharibə dövründə cinsi zorakılıqın məhv edilməsi vurğulanıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi bir daha rəhbərlik etdiyi təşkilaıtn müharibə şəraitində cinsi zorakılıqlara son qoyulmasındakı qətiyyətini vurğulayıb.

BMT baş katibi müharibə zamanı cinsi zorakılıqların bəşəriyyət üçün utanc gətirən amil olduğunu bildirib. 

Sinxuanın Nyu-Yorkdan verdiyi məlumata görə, müharibə dövründə cinsi zorakılıq hallarına son qoyulması üzrə beynəlxalq gün münasibəti ilə BMT baş katibi Antonio Quterreş bir daha bu təşkilatın bəşəriyyətə utanc gətirən belə bir fenomenə son qoymaqdakı qətiyyətliliyini vurğulayıb. 

Quterreş deyib: Müharibə və münaqişə dövründə baş verən cinsi zorakılıq halları kollektiv təhlükəsizliyə qarşı təhdid olmaqdan daha çox bəşəriyyətin adına rüsvayçı ləkədir. 

Quterreş deyib: Bu zorakılıqlar, ruhi zərbələrə, bədnam olmağa, yoxsulluq, xəstəlik, arzuolunmayan hamiləliyə gətirib çıxarır və bu bir neçə nəsli də öz mənfi təsirlərinə məruz qoya bilər. Belə ki, müharibə illərində və cinsi zorakılıqlar nəticəsində doğulan uşaqlar müharibədən on illər sonra belə kimlik böhranı yaşayırlar. 

Teqlər