İyun 21, 2018 12:16 Asia/Baku
  • Almaniya prezidenti Trampa xəbərdarlıq edib

Almaniya prezidenti ABŞ-a xəbərdarlıq edib ki, Avropa ilə gərginləşməkdə olan münasibətlər əvəzolunmaz xəsarətlərlə nəticələnə bilər.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Almaniya prezidenti Frank Valter Ştaynmayer Vaşinqtondan dünyaya hamının dalaşdığı boks rinqi gözü ilə baxmamasını istəyib. 

Ştaynmayer xəbərdarlıq edib ki, Avropa və Birləşmiş Ştatlar arasında zədələnən münasibətlər heç vaxt düzəlməyəcək səviyyəyə enə bilər. 

O Trampdan qərbə kompasın göstərici əqrəbindən daha böyük şəkildə baxmasını istəyib. 

Almaniya prezidenti Trans-Altantik ortaqlığının gələcəyindən çox, ABŞ-ın demokratiya gələcəyindən nigaran olduğunu bildirib. 

Ştaynmayer deyib: ABŞ şəriklərinə ehtiyaclıdır. Lakin eyni zamanda belə ortaqlığı təsdiqləmək üçün qərbə kompasın əqrəbindən daha böyük şəkildə, dünyaya isə hamının bir-biri ilə dalaşdığı boks rinqindən daha geniş şəkildə baxmalıdır. 

Tramp bazar ertəsi günü yenidən Almaniya hökumətinə qarşı hərəkətə keçib, bu ölkə hökumətinin miqrasiya siyasətlərini tənqid atəşinə tutaraq miqrantların hədsiz dərəcədə gəlişi nəticəsində Almaniyada cinayətlərin artdığını iddia edib. 

Teqlər