İyun 21, 2018 12:25 Asia/Baku
  • Möhkəm cavab; Avropa Birliyi ABŞ-ın tarif savaşına reaksiya verir

Avropa Birliyi komissiyasında baş ticarət direktoru Jan Luk Demarti deyib: Bu birlik tariflər savaşında ABŞ-a möhkəm cavab verəcək.

İRİB-in məlumatına görə, Jan Luk Demarti çərşənbə günü France 24 kanalı ilə müsahibədə Avropa Birliyinin ABŞ-ın tariflər tətbiq edərək bu birliyin mənafeyini görməməzliyə vurmasına icazə verməyəcəyini bildirərək deyib: Brüssel bu barədə qarşılıqlı addımlar atacaq. 

Avropa Birliyinə üzv dövlətlər 14 iyunda ABŞ prezidenti Donald Trampın Avropadan idxal olunan polad və alüminiuma tariflər tətbiq etməsinə reaksiyada, səs çoxluğu ilə ABŞ-da istehsal olunan məhsulların bu birliyə üzv dövlətlərə ixrac olunmasına 2 milyard 800 milyon avro, 3,3 milyard dollar tarifin tətbiq olunmasını təsdiqləyiblər. 

Bu plan Avropa Komissiyasında təsdiqləndikdən sonra icra olunacaq. 

Teqlər