İyun 22, 2018 10:42 Asia/Baku
  • Koreya yarımadasında soyuq müharibənin sona çatdığı elan olundu
    Koreya yarımadasında soyuq müharibənin sona çatdığı elan olundu

Cənubi Koreya prezidenti ötən gün Rusiya Dövlət Dumasında iki Koreya arasında soyuq müharibə dövrünün sona çatdığını bildirib.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada səfərdə olan Mun Çje İn Rusiya Dövlət Dumasının iclasında deyib: ABŞ, Cənubi Koreya və Şimali Koreya arasında düşmənçilik sona çatıb və əməkdaşlıq dövrü başlayıb. 

Cənubi Koreya prezidenti Koreya yarımadasında hərbi təlimlərin dayandırıldığını bildirərək deyib: Şimali Koreya nüvə tərksilahına doğru real addımlar atır və Pxenyan və Vaşinqton keçmişdəki kimi müharibə üçün hazırlıq vəziyyətinə keçmirlər. 

Cənubi Koreyanın xarici siyasətində Rusiyanın rolu və yerinə toxunan prezident Mun Çje İn əlavə edib: Koreya yarımadası, Asiyanın şimal-şərqində davamlı sülhün bərpa olunması Cənubi Koreya, Şimali Koreya və Rusiya arasında üçtərəfli əməkdaşlıqların inkişaf etməsinə gətirib çıxaracaq. 

Teqlər