İyun 23, 2018 15:39 Asia/Baku
  • İspaniyanın yerli dövlətlərində sionist rejimin boykot edilməsi dalğası genişlənir
    İspaniyanın yerli dövlətlərində sionist rejimin boykot edilməsi dalğası genişlənir

İspaniyada yerli "Navare" parlamenti bir qərar qəbul edərək, sionist rejimin iqtisadiyyat və silah cəhətdən boykot edilməsini, həmçinin avropalı dövlətlərin, sionist rejimin cinayətlərinin dayandırılması üçün bu rejimə təzyiq göstərmələrini istəyib.

Navare müxtar məntəqəsinin yerli parlamenti "Boykot hərəkatı; sionist rejim investisiyasının qadağan və bu rejim məhsullarının boykot edilməsi"nı himayə üzrə bir qətnamə qəbul edib və İspaniyanın mərkəzi dövlətindən sionist rejimin boykot edilməsi üzrə hər cür təşəbbüs və addımı himayə edərək, bu rejimin fələstinlilərə qarşı repressiv hərəkətlərinin dayanmasınadək Təl-Əvivlə əlaqələrini dayandırmasını istəyib.

Navare yerli parlamenti həmçinin ABŞ hökumətinin öz səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək üzrə hərəkətini pisləyərək, bu hərəkəti beynəlxalq qanunlara zidd adlandırıb.

Bundan öncə də Madrid, Barselona, Valensiya və Oviedo şəhərlərindəki yerli parlamentlər sionist rejimin cinayətlərini pisləyən, eləcə də bu rejimin iqtisadi və silah cəhətdən boykot edilməsinə təkid edən qətnamələr qəbul ediblər.

Teqlər