İyun 23, 2018 17:56 Asia/Baku
  • Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Suriya barədəki hesabatlarının yalan olduğunu vurğulayıb
    Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Suriya barədəki hesabatlarının yalan olduğunu vurğulayıb

Rusiyanın müdafiə və xarici işlər nazirlikləri bildiriblər ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Suriyada kimyəvi hücum iddiası barədəki hesabatları saxta və yalan mənbələr əsasında hazırlanıbdır.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu ölkənin müdafiə nazirliyinin təmsilçisi ilə birgə mətbuat konfransında Suriyada terrorçuların anbarlarında kimyəvi silah istehsalı üzrə Qərb təchizatlarının tapılmasından xəbər verib.

Zaxarova bildirib ki, terrorçuların Suriyanın cənubunda yerləşən Duma şəhərində istifadə etdikləri təchizatlar əldəqayırma və və texnoloji baxımdan olduqca moderndir. O, deyib ki, bu təchizatların bir hissəsinin mənbəyi, Avropa ölkələridir.

Belə bir halda, Rusiya ordusunun radioaktiv maddələr, həmçinin kimyəvi və bioloji silahlar qarşısında müdafiə qüvvələrinin komandanı İqor Krılov vurğulayıb ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri informasiyalar toplamaq üçün hətta Duma kimi məntəqələrə daxil olmayıblar.

Krılov deyib: Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının beynəlxalq təhqiqat komitəsi vasitəsilə siyasi bir vasitəyə çevrilməsi üçün cəhdlər göstərilir; hansı ki, bu komitə bir çox reallıqlara göz yumur.

Amerika son iki ildə bir neçə dəfə fakt göstərmədən Suriya ordusunu kimyəvi silahlardan istifadədə ittiham edib və onun ardınca suriyalı qüvvələrin mövqelərini hədəfə alıbdır.

Teqlər