İyun 27, 2018 15:54 Asia/Baku
  • BMT Ərəbistan və başçılıq etdiyi təcavüzkar koalisiyanın adını qara siyahıya daxil etdi
    BMT Ərəbistan və başçılıq etdiyi təcavüzkar koalisiyanın adını qara siyahıya daxil etdi

BMT Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın adını öz qara siyahısına daxil edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, BMT Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəməndə 368 uşaqın qətl edilməsi və daha 300 uşağın yaralanmasında birbaşa məsuliyyət daşıdığını elan edib.

BMT həmçinin, Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə uşaq hüquqlarını kobud şəkildə pozduğunu bildirib.

BMT ötən ilin oktyabrında da silahlı toqquşmalardan əziyyət çəkən uşaqlarla bağlı illik hesabatında Ərəbistan və başçılıq etdiyi koalisiyanın adını Yəməndə uşaqları qırğın etməsinə görəuşaq hüquqlarını pozanlar siyahısına daxil etmişdi.

Ərəbistanın başçılıq etdiyi koalisiyanın adı təqribən iki il öncə də BMT-nin qara siyahısına düşmüşdü. Amma, BMT-nin o zamankı baş katibi Ban Ki Mun Ərəbistanın BMT-ni bu təşkilata olan maliyyə yardımlarını kəsməklə təhdid etməsinin ardınca, təcavüzkar koalisiyanın adını BMT-nin qara siyahısından çıxartmışdı.

Ərəbistan 2015-ci ilin martından Yəmən xalqını öz istəklərinə təslim etmək və bu ölkəyə Ər-Riyaddan asılı bir şəxsi rəhbər təyin etmək üçün Yəmənə qarşı geniş hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda 14 mindən çox sivil həlak olub.

Teqlər