İyun 27, 2018 20:17 Asia/Baku
  • Nigeriyada qanlı toqquşmalarda ölü sayı 200-ü keçdi
    Nigeriyada qanlı toqquşmalarda ölü sayı 200-ü keçdi

Nigeriya rəsmilərindən biri bu ölkənin mərkəzində çıxan toqquşmalarda 200-dən çox insanın ölməsindən xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriyanın Plateau vilayətinin valisi Simon Bako Lalunq ölkə prezidenti Məhəmməd Buharinin iştirakı ilə keçirilən iclasın ardınca deyib: Ötən həftə Plateau vilayətində çıxan toqquşmalarda 200-dən çox insan həlak olub.

Bu toqquşma əkinçilər ilə maldarlıqla məşğul olan köçərilər arasında baş verib. Əsasən Nigeriyanın şimalında yaşayan və maldarlıqla məşğul olan xristinalar iqlim dəyişiklikləri ilə əlaqədar, daha münasib otlaqlar tapmaq üçün ölkənin mərkəzi və cənub məntəqələrinə köç edərək, müsəlmanların otlaqlarına təcavüz ediblər. Bu isə iki tərəf arasında qanlı toqquşmaya səbəb olub.

Nigeriyada etnik qarşıdurmalar bir neçə on illik tarixə malikdir. Amma, son aylarda bu qarşıdurmalar daha da şiddətlənib.

Analitiklərin dediklərinə görə etnik qarşıdurmalar gələcəkdə Nigeriyanın əsas probleminə çevriləcək.

Teqlər