İyun 29, 2018 08:45 Asia/Baku
  • Etirazçılar ABŞ senatını ələ keçiriblər
    Etirazçılar ABŞ senatını ələ keçiriblər

Amerikada ictimai fəallardan yüzlərlə nəfər dünən bu ölkənin prezidenti Donald Trampın qanunsuz mühacirlər qarşısındakı "sıfır toleratnlıq" siyasətini tənqid edən şüarlar verərək, Amerika senatının idarə binasını ələ keçirib.

Əksəriyyiti qadın olan etirazçılar senatın Vaşinqtonda yerləşən "Hart" binasında aksiya keçirərək, Trampın siyasətlərinə qarşı şüarlar veriblər.

Etirazçıların bu hərəkətindən az sonra ABŞ polisi məsələyə qarışaraq, onların 575 nəfərini həbs edibdir.

ABŞ konqresinin nümayəndələr palatasının Vaşinqton ştatından olan demokrat üzvü xanım Pramila Cayapal həbs olunanlar arasındadır.

ABŞ konqresinin bu nümayəndəsinin twitter səhifəsində Pramila Cayapalın həmin aksiyada iştirakının səbəbi, onun Trampın miqrantlar barədəki zalımcasına siyasəti ilə müxalif olması qeyd olunubdur.

Amerika dövləti qanunsuz miqrantların girişi qarşısında üzdəniraq "sıfır toleratnlıq" siyasəti yeridərək, ən aşkar və ən qanuni insan haqlarından birini pozubdur. Bu siyasət çərçivəsində ötən həftələrdə təqribən iki min uşaq zorla valideynlərinin əlində alınaraq, ABŞ-Meksika sərhədi boyu yerləşən ayrıca düşərgələrdə həbsə atılıbdır.

BMT ABŞ dövlətinin bu hərəkətini pisləyib və bildirib ki, valideynlərinin hərəkətlərinə görə uşaqları tənbeh edən siyasətdən dərin nigarançılıq keçirir.

BMT ekspertləri vurğualyıblar ki, uşaqların valideynlərindən alınması onlara təhlükəli ruhi zərbə vurur.

Amerika uşaqların əsas hüquqlarına dəstək üzrə beynəlxalq mətni qəbul etməyən yeganə ölkədir.

Teqlər