İyul 02, 2018 07:49 Asia/Baku
  • BMT baş katibi rohinca müsəlmanlarının durumundan nigarandır
    BMT baş katibi rohinca müsəlmanlarının durumundan nigarandır

Birləşmiş Millətlər Təşkilaıtnın baş katibi dünən gecə Ruhinqa didərginləri böhranının insanlıq və insan haqları üçün kabus olduğunu deyib.

İRİB-in verdiyi məlumata görə, Antonio Quttereş Tvitterdə rohinca müsəlmanlarının ən böyük ziyanlar və ayrı-seçkiliklərə məruz qaldığını bildirərək yazıb: Rohinca didərginləri böhranı insanlıq və insan haqları üçün bir kabusdur. 

Quterreş dünən bir milyon ruhinqa didərgininin durumunu araşdırmaq üçün Banqladeş paytaxtı Dakaya daxil olub. 

2017-ci il 25 avqustdan indiyədək Myanma ordusunun Raxin vilayətində rohinca müsəlmanlarına qarşı növbəti cinayətkar hücumlarında 6 mindən çox adam ölüb, 8 min yaralanıb, 1 milyondan çox müsəlman isə Banqladeşə qaçqın düşüb. 

Raxin vilayəti 2012-ci ildən Myanma ordusu və ifratçı buddistlərin rohinca müsəlmanlarına qarşı hücumlarının şahididir. 

BMT son vaxtlar bildirib ki, Myanma ordusu bu ölkədə etnik təmizləmə siyasəti həyata keçirir. 

Bəzi beynəlxalq təşkilatlar və ölkələr o sıradan İran İslam Respublikası Myanma dövlətinin maneəçiliklərinə görə, Banqladeşdəki rohinca didərginlərinə sadəcə humanitar yardımlar göndərə biliblər. 

İndiyədək İİR Qırmızı Aypara Cəmiyyətinin yardımlarından ibarət 130 ton yük Banqladeşdə məcburi didərgin həyatı yaşayan rohinca müsəlmanlarına göndərilmişdir. 

Teqlər