İyul 02, 2018 17:02 Asia/Baku
  • İtaliyada yoxsulluq baş götürüb gedir
    İtaliyada yoxsulluq baş götürüb gedir

İtaliyada yoxsulların sayı 2006-cı ildən bəri ən yüksək həddə çatıb. Hökumət təcili tədbirlər görəcəyini vəd edib.

Röytersin verdiyi məlumata görə, İtaliya Statistika Ofisi bildirib ki, İtaliyanın 4-cü ildir iqtisadi inkişaf göstəricisinin müsbət olmasına rəğmən ötən ilin sonunadək ölkə vətəndaşlarının 5.1 milyon nəfəri qəti yoxsul şəraitində yaşayıb. Əhalinin 8.4 faizini təşkil edən bu rəqəm  2016-cı illə müqayisədə də 7.9 faizlik inkişafı göstərir. 

Statistika Ofisinin hesabatına görə, qəti yoxsulluq insanların ehtiyacı olduğu mal yaxud xidmətləri satın almaqdan aciz olması deməkdir. 

İtaliya 2014-cü ildə İqtisadiyyatına hakim kəsilmiş uzun müddətli durğunluqdan xilas ola bildi amma bu hesabat göstərir ki, iqtisadi durumun yaxşılaşması yoxsullarda heçnəyi dəyişməyib. 

Ötən il İtaliyanın Ümim Daxili İstehsalında artım 1.5 faiz təşkil edirdi və bu 2010-cu ildən bəri ən yüksək göstərici hesab olunur. Yoxsulluqla mübarizə həmişə 5 ulduzlu hərəkatın seçki kampaniyalarında ən əsas vədlərdən biri olub. Həmin partiya bu ay Liqa Partiyası ilə koalissiya hökuməti qurdu. Hərəkatın sədri və baş nazirin müavini De Mayo deyib: Vəziyyətin beləcə davam etməsi mümkünsüzdür və vətəndaşların əməkhaqqı dərhal artırılmalıdır. 

Statistika Ofisinin bildirdiyinə görə, Ölkə əhalisinin gəlirlərinin orta miqdarından daha az gəliri olan vətəndaşların sayı 9.4 milyon nəfər təşkil edir bu isə əhalinin 15.6 faizi deməkdir.

Teqlər