İyul 03, 2018 16:44 Asia/Baku
  • Twitter Həmas və Hizbullah liderlərinin səhiflərini blokladı
    Twitter Həmas və Hizbullah liderlərinin səhiflərini blokladı

Twitter sosial-ictimai şəbəkəsi sionist rejimin müraciəti əsasında Fələstin İslam Müqaviməti Hərəkatı (HƏMAS) və Livan Hizbullahının liderlərinin istifadəçi hesablarını bloklayıb.

İRNA-nın məlumatına görə, sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Erdan çərşənbə axşamı günü etiraf edib ki, Twitter direktorlarına siyahı göndərərək HƏMAS hərəkatı və Livan Hizbullanın 40 yüksək səviyyəli üzvünün şəxsi hesablarının dondurulmasını istəyib. 

Erdan öz Twitter səhifəsində sionist rejimin müqavimət qüvvələrinin yanar çərpələnglərindən qorxduğunu etiraf edərək yazıb: HƏMAS-ın yanar çərpələngləri işğal olunmuş ərazilərin cənubuna gönrədiyi, Hizbullahın şimaldan İsraili hədələdiyi halda, bu iki hərəkata bağlı bütün hesablar bloklanmalıdır. 

Facebook 2018-ci ilin əvvəlindən yüz fələstinli fəala bağlı səhifələri bloklayıb və aylarla öncə isə 200 fələstinlinin səhifəsini sionist rejim əleyhinə təhrik ittihamı ilə dondurub. 

Teqlər