İyul 04, 2018 19:58 Asia/Baku
  • Putin-Tramp görüşü Krımın kölgəsi altında
    Putin-Tramp görüşü Krımın kölgəsi altında

Ağ Ev: Krımın Rusiyaya birləşdirilməsini rəsmən tanımırıq.

Rusiya və ABŞ prezidentləri arasındakı görüşə 12 gündən az bir zamanın qaldığı və bəzilərinin bu görüşlə bağlı nikbin düşüncələrə malik olduğu bir şəraitdə Ağ Evin sözçüsü bir cümlə ilə Moskvanı çaş-baş qoydu: “Krımın Rusiyaya birləşdirilməsini rəsmən tanımırıq”.

Rusiyalı analitik bu barədə deyir: “ABŞ və Rusiya prezidentlərinin görüşü ərəfəsində Ağ Evin Krımın Rusiyaya birləşdirilməsini rəsmən tanımadığını elan etməsi təsadüfi hal deyil. Bu məsələ bir tərəfdən Trampın çevrəsindəki insanlar arasında Rusiya ilə bağlı təzadlı baxışların olmasından, digər tərəfdən isə iki ölkənin korlanmış əlaqələrinin normallaşmasının nə qədər çətin olmasından xəbər verir.”

Kreml isə Ağ Evin cavabını qısa və konkret cümlə ilə bildirib və iki ölkə prezidentlərinin görüşündə, ümumiyyətlə Krım məsələsinin müzakirə mövzusu olmayacağını elan edib.

Rus analitik bu barədə deyir: “Kreml Ağ Evin cavabını vaxtında və layiqli şəkildə verməklə, qarşı tərəfə həddini bildirmiş oldu.”

Bu arada Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ardınca ABŞ Konqresinin bir qrup üzvü Moskvaya səfər edərək, Rusiya rəsmiləri ilə görüşüb və öz istək və tələblərini qarşı tərəfin diqqətinə çatdırıb.

Əlbəttə, bu arada İSrail rejimi də öz fəallığını artırıb. İsrailin baş naziri Benyamin Netanyahu Moskvaya olan son səfərindən cəmi 62 gün keçməsinə baxmayaraq, gələn həftə bir daha Rusiyaya səfər edəcəyini, Putin və Tramp arasındakı görüşdən öncə bir sıra önəmli məsələləri Rusiyanın diqqətinə çatdıracağını bildirib.   

Rus analitik bu barədə deyir: “Tramp Suriya böhranı və İran ilə əlaqələri məsələsində müxtəlif yollarla Rusiyanı güzəştə getməyə məcbur etmək istəyir. Digər tərəfdən Krımın Rusiyaya birləşməsini rəsmən tanımayacağı və sanksiyaları ləğv etməyəcəyinə dair mesaj göndərir.”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iordaniyalı həmkarı ilə birgə mətbuat konfransında bir daha bildirdi ki, İranın Suriyadan çıxmasını və regiondakı iştirakına son qoymasını gözləmək  yersiz və məntiqsiz bir gözləntidir. Çünki, İranın Suriyadakı iştirakı bu ölkənin qanuni dvlətinin rəsmi istəyi əsasında tamamilə qanuni və terrorizm ilə mübarizədə konstruktiv bir iştirakdır.

 

Teqlər